Aşağı Qarxun kənd sakinlərinin müraciətləri dinlənilmişdir
20 fevral 2025 | 16:01
Aşağı Qarxun kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qrafikə uyğun olaraq növbəti səyyar vətəndaş qəbulunu rayonun Aşağı Qarxun kənd sakinləri ilə keçirmişdir. Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Şəhər İcra Hakimiyyətinin Başçısı qəbulda iştirak edən sakinlərin müraciətlərini dinləmiş, səsləndirilən müraciətlərin həlli ilə bağlı müvafiq qurumlara tapşırıq və tövsiyələr vermişdir. Bəzi müraciətlər isə aidiyyati qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.