Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Qarxun kənd sakinlərinin müraciətləri dinlənildi

15 yanvar 2026 | 17:27
Aşağı Qarxun kənd sakinlərinin müraciətləri dinlənildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Aşağı Qarxun kəndində qrafikə uyğun olaraq növbəti səyyar vətəndaş qəbulu keçirdi. Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etdilər.
Səyyar qəbulda iştirak edən sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənildi.
Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan müraciətlərin həlli ilə bağlı İcra Hakimiyyətinin Başçısı tərəfindən müvafiq qurumlara tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlər isə aidiyyati qurumlara çatdırılması üçün qeydiyyata alındı.
Sakinlər əhaliyə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezdentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər