Aşağı Qarxun kənd sakinlərinin müraciətləri dinlənildi
06 mart 2023 | 15:24
Aşağı Qarxun kənd sakinlərinin müraciətləri dinlənildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun daha bir kəndi olan Aşağı Qarxunda səyyar qəbul keçirmişdir. Qəbulda rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti qurumların, idarə, müəssisələrin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Qəbulda Şəhər rəhbəri vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləmiş, səsləndirilən müraciətlərin İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində qısa zaman ərzində öz həllini tapması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Qəbulda həmçinin sakinlərə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, sakinlər artıq evdən çıxmadan, portaldan qeydiyyatdan keçməklə İcra Hakimiyyətinin məsul şəxslərinə problem və çatışmazlıqlar haqqında məlumat verə bilərlər.