Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Bucaq və Havarlı bələdiyyələrinin inzibati ərazilərinə aid kəndlərdə fermerlərlə maarifləndirici görüşlər keçirilib

20 avqust 2026 | 14:16
 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrin təmin edilməsi məqsədilə Yevlax rayonunun Aşağı Bucaq və Havarlı bələdiyyələrinin inzibati ərazilərinə aid kəndlərdə fəaliyyət göstərən fermerlərlə növbəti maarifləndirici görüşlər keçirilib.
Görüşlərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, aidiyyəti dövlət qurumlarının nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri və fermerlər iştirak ediblər.
Görüşlər zamanı kənd təsərrüfatının inkişafı, fermer təsərrüfatlarının fəaliyyətinin səmərəliliyinin artırılması, müasir aqrotexniki üsulların tətbiqi, məhsuldarlığın yüksəldilməsi və istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev çıxışında kənd təsərrüfatının rayon iqtisadiyyatında mühüm yer tutduğunu qeyd edərək, fermerlərin fəaliyyətinin dəstəklənməsinin, onların qarşılaşdıqları problemlərin öyrənilməsi və həlli istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O, fermerlərin müasir kənd təsərrüfatı texnologiyalarından və innovativ yanaşmalardan daha geniş istifadə etməsinin məhsuldarlığın artırılmasına mühüm töhfə verəcəyini bildirib.
Fermerlərə əkin sahələrində aqrotexniki qulluq tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi, torpaq münbitliyinin qorunması və artırılması, suvarma suyundan səmərəli istifadə, bitki xəstəlikləri və zərərvericilərə qarşı mübarizə tədbirlərinin düzgün təşkili barədə müvafiq tövsiyələr verilib.
Həmçinin kənd təsərrüfatı məhsullarının istehsalında müasir texnologiyaların tətbiqi, məhsulun maya dəyərinin azaldılması, məhsuldarlığın və keyfiyyət göstəricilərinin yüksəldilməsi, istehsal olunan məhsulların emal və satış imkanlarının genişləndirilməsi, fermer təsərrüfatlarının dayanıqlılığının artırılması istiqamətində görülməsi zəruri olan işlər barədə məlumat verilib.
Görüşlərdə fermerlərə kənd təsərrüfatı sahəsində dövlət dəstəyi mexanizmləri, mövcud imkanlardan və güzəştlərdən yararlanma qaydaları, eləcə də aidiyyəti qurumların göstərdiyi xidmətlər barədə ətraflı izahatlar verilib. Fermerlərin dövlət dəstəyi tədbirlərindən düzgün və səmərəli istifadə etməsinin kənd təsərrüfatı istehsalının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Tədbirlər çərçivəsində fermerlərin qarşılaşdıqları problemlər və onları maraqlandıran məsələlər dinlənilib, səsləndirilən suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb. Fermerlərin təklif və müraciətlərinin aidiyyəti üzrə nəzərdən keçirilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi diqqətə çatdırılıb.
Görüşlərdə kənd təsərrüfatı sahəsində maarifləndirmə tədbirlərinin davamlı şəkildə keçirilməsinin, fermerlərlə dövlət qurumları arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin və onların fəaliyyətinə metodiki və praktiki dəstəyin göstərilməsinin vacibliyi qeyd olunub.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib və kənd təsərrüfatının inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi bildirilib.
Keçidlər