Şriftin ölçüsü :

Saytın rəngi :

Aran qəsəbəsində sakinlərin müraciətləri dinlənilib

07 aprel 2026 | 18:48
Aran qəsəbəsində sakinlərin müraciətləri dinlənilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Aran qəsəbəsində keçirib. Səyyar vətəndaş qəbulunda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidməti təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Vətəndaş qəbulunun gedişində sakinlərin təklif, müraciət və şikayətləri dinlənilərək, qaldırılan məsələlərin bir qisminin həllinə yerində köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Qəsəbə sakinlər onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər