Şriftin ölçüsü :

Saytın rəngi :

Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir edilmişdir

13 dekabr 2025 | 12:15
Yevlax rayonu Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri sona çatdırılmışdır. Həyata keçirilən təmir işləri çərçivəsində 1973-cü ildən fəaliyyət göstərən, 3 qrupda 50 uşağın təlim-tərbiyə aldığı körpələr evi-uşaq bağçasının binasının dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələr dəyişdirilmiş, elektrik xətləri və istilik sistemi yenilənmişdir.
Eyni zamanda məktəbəqədər təhsil müəssisəsinin həyətində söhbətgahlar quraşdırılmışdır.
Keçidlər