Anar Tağıyev növbəti Şəhid ailəsini ziyarət etdi
Anar Tağıyev növbəti Şəhid ailəsini ziyarət etdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Aran qəsəbəsindən olan Vətən Müharibəsi Şəhidi Salahov Tural Mətləb oğlunun ailəsini yaşadığı evdə ziyarət edib. Şəhidin ailə üzvləri ilə görüşən Şəhər Rəhbəri Azərbaycanın suverenliyi uğrunda qəhrəmancasına şəhid olan Kamil Salahova Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyib.
Görüşdə qeyd edilib ki, onların övladı ali bir amal uğrunda Vətən torpaqlarının işğaldan azad edilməsi üçün döyüşərkən Şəhidlik zirvəsinə ucalıb. Şəhidlərin xatirəsi daim uca tutulur, ailələri isə Ölkə Rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunublar.
Şəhidin ailə üzvlərini narahat edən məsələlərlə maraqlanan Şəhər Rəhbəri Onların müraciət və istəklərini dinləyərək aidiyyatı üzrə tapşırıqlar verib.
Şəhidin atası Mətləb Salahov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı, Müəzffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürünü ifadə etdi.
Qeyd edək ki, Salahov Tural Mətləb oğlu Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.