Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaş qəbulu keçirmişdir
14 fevral 2025 | 14:02
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaş qəbulu keçirmişdir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradova Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 14 fevral 2025-ci il tarixində YAP Yevlax rayon təşkilatının inzibati binasında Yevlax və Mingəçevir şəhər sakinlərini qəbul etmişdir.Qəbuldan öncə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Komitə sədri Bahar Muradova Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək, Dahi Şəxsiyyətin müqəddəs ruhunu dərin ehtiramla yad etmişlər. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətləri müraciətləri dinlənilmişdir. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülmüşdür.