Açıq havada növbəti Azərbaycan filmi nümayiş etdirilib
02 avqust 2025 | 11:04
Açıq havada növbəti Azərbaycan filmi nümayiş etdirilib
Yay fəsli ərzində sakinlərin, xüsusilə də uşaqların asudə vaxtlarını maraqlı və səmərəli keçirmələri məqsədilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Uşaq-əyləncə parkında açıq havada hər il ənənəvi olaraq Azərbaycan filmlərinin nümayişi təşkil olunur.
Ənənənin davamı olaraq 01.08.2025-ci il tarixdə növbəti filmin nümayişi təşkil olunmuşdur. Film tamaşaçılar tərəfindən böyük maraqla izlənilməklə yanaşı, uşaqların sevincinə səbəb olmuşdur.
Onu da bildiririk ki, film nümayişi ənənəsinin hər həftə davam etdirilməsi nəzərdə tutulmuşdur.






