Açıq havada “Bəxt üzüyü” filmi nümayiş etdirilib
16 avqust 2025 | 20:19
“Konstitusiya və Suverenlik İli” çərçivəsində sakinlərin asudə vaxtlarını maraqlı və səmərəli keçirmələri məqsədilə Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Uşaq-əyləncə parkında açıq havada növbəti film nümayiş etdirilib. Bu dəfə sakinlər 1991-ci ildə "Qara Qayafilm" studiyasında istehsal edilmiş “Bəxt üzüyü” filmini izlədilər. Film sakinlər tərəfindən maraqla izlənilib.






