Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Vətən müharibəsi iştirakçılarına və qazilərə medallar təqdim olunub

28 dekabr 2021 | 16:00

Yevlaxda Şəhər icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Yevlax rayonu üzrə təltif olunmuş bir qrup hərbi qulluqçunun medallarının təqdim edilməsi mərasimi keçirilib.Mərasimdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb.Müharibə iştirakçıları və qazilər onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya. minnətdarlıqlarını bildiriblər.

Keçidlər