Yevlaxda vətəndaşların növbəti qəbulu keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti onlayn vətəndaş qəbulu keçirib. Keçirilən qəbul zamanı şəhər və kəndlər üzrə qəbula yazılmış sakinləri narahat edən məsələlər, onların müraciətləri və irəli sürdükləri təkliflər dinlənilib.
Sakinlərin müraciətlərini dinləyən İcra Hakimiyyətinin başçısı səsləndirilən problemlərin və təkliflərin həlli istiqamətində müvafiq göstəriş və tapşırıqlar verib. Müraciətlərin hamısı müvafiq qaydada qeydiyyata və nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək, onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.