Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhidin ad günü qeyd edilib

27 dekabr 2021 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Yevlax Rayon Təşkilatının və Yevlax şəhər UGİŞM-in əməkdaşları Vətən müharibəsi şəhidi Səmədli Sənan Fikrət oğlunun doğum günü münasibətilə Yevlax Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilib, önünə gül dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib. Şəhidin ailə üzvlərinin, qazilərin iştirak etdiyi mərasimdə, şəhidin ruhuna dualar oxunub,məktəblilərin onun xatirəsinə hazırladığı bədii kompozisiya nümayiş etdirilib.
Tədbir çərçivəsində ənənəvi olaraq Yevlax şəhər UGİŞM-nin şəhidin xatirəsinə həsr etdiyi idmanın sambo növü üzrə rayon turnirinin qaliblərinə fəxri-fərmanlar şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.

 

Keçidlər