Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhidin ad günü qeyd edilib

25 dekabr 2021 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Yevlax Rayon Təşkilatının və Yevlax şəhər UGİŞM-in əməkdaşları Vətən müharibəsi şəhidi İsmayılov İntiqam İlqar oğlunun doğum günü münasibətilə rayonun Xanabad kənd qəbirstanlığındakı məzarını ziyarət edilib, önünə gül dəstələri düzülərək əziz xatirəsini böyük ehtiramla yad edilib. Şəhidin ailə üzvlərinin, qazilərin, kənd sakinlərinin iştirak etdiyi mərasimdə, şəhidin ruhuna dualar oxunub,məktəblilərin onun xatirəsinə hazırladığı bədii kompozisiya nümayiş etdirilib.
Tədbir çərçivəsində ənənəvi olaraq Yevlax şəhər UGİŞM-nin şəhidin xatirəsinə həsr etdiyi idmanın güləş növü üzrə rayon turnirinin qaliblərinə fəxri-fərmanlar şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.

Keçidlər