Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin ad günü məzarı başında qeyd edilib

24 noyabr 2021 | 16:00


Yevlaxda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Bəşirov Əyyub Ramiz oğlunun ad günü anadan olduğu Ərəş  kəndinin qəbiristanlığındakı məzarı başında qeyd edilib.
Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin , YAP Yevlax rayon təşkilatının, Yevlax Şəhər Təhsil Şöbəsinin əməkdaşları, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər şəhidin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyub.
Sonra Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbinin keçirdiyi şəhidin xatirəsinə həsr olunmuş şahmat turnirinin qaliblərinə  Fəxri Fərmanlar, medallar və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.
Şəhidin təhsil aldığı Ərəş kənd tam orta məktəbinin şagirdləri şəhidin xatirəsinə hazırladığı bədii kompozisiya dinlənilib.
Qeyd edək ki, Əyyub Bəşirov  24.11.1998-ci ildə Yevlax rayonunun Ərəş kəndində anadan olub. Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayonunun Ərəş kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə","Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhid Əyyub Bəşirovun valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər