Yevlaxda növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev karantin qaydalarının tələblərinə uyğun olaraq vətəndaşları qəbul edib.
Qəbul zamanı sakinləri narahat edən məsələlər, təkliflər və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətlərini dinləyən Şəhər İcraHakimiyyətinin Başçısı onların problemlərinin aidiyyatı üzrə qeydiyyata alınması və məsələlərin həll edilməsi üçün müvafiq göstərişlər verib.
Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək, onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.