Yevlaxda Zəfər Günü və Dövlət bayrağı günü ilə bağlı hazırlıq işləri gedir
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən Vətən müharibəsində qələbənin əbədiləşdirilməsi məqsədilə dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu qələbə hər il noyabrın 8-i Azərbaycanda Zəfər günü kimi təntənəli şəkildə qeyd ediləcəkdir.
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir.
Tarixə qızıl hərflərlə yazılan “08 Noyabr Zəfər günü” və 9 noyabr Dövlət Bayrağı günü ərəfəsində Yevlax rayonunda hazırlıq işləri aparılır. Belə ki, Ali Baş Komandanımızın rəhbərliyi, Müzəffər Ordumuzun şücayəti ilə 44 günlük Vətən Müharibəsində qazanılan Zəfər ilə bağlı rayonun müxtəlif yerlərinə plakatlar yerləşdirilir. Həmçinin şəhərdəki ictimai yaşayış binaların eyvanından, küçə və prospektlərdəki işıq dirəklərindən müxtəlif ölçülərdə qürur mənbəyimiz olan şanlı bayraqlarımız asılır.