Yevlaxlı şəhidlərin foto-şəkillərindən ibarət sərgi keçirilmişdir
Şanlı Qələbəmizin ildönümü ilə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsində şəhid olmuş həmyerlilərimizin foto şəkillərindən ibarət sərgi təşkil olunmuşdur. Şəhər Uşaq-Gənclər İdman və Şahmat məktəbinin geniş idman zalında təşkil olunmuş Şəhid valideynlərinin, ailələrinin, rəsmi dövlət qurumalarının və ictimaiyyət nümayndələrinin iştirak etdiyi tədbir Dövlət himnimiz ifa olunduqdan və Vətənimizn ərazi böytövlüyü uğrunda qanlı döyüşlərdə yüksək qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalmışların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunmuşdur. Sərginin açılış mərasimində çıxış edən Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova 44 günlük Vətən Müharibəsi dövründə möhtərəm Prezidentimiz, Silahı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının «Dəmir yumruğu» ətrafında sıx birləşərək möhtəşəm qələbəmizi təmin etmiş ərənlər sırasında şəhidlik zirvəsinə ucalmış həmyerlimizlə haqlı olaraq sonsuz iftixar hissi duyduğumuzu diqqətə çatdırmışdır
Çıxış üçün söz verilən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev müstəqil dövlətimizin tarixinə qızıl hərflərlə həkk olunmuş şanlı Qələbəmizin təkcə ərazi bütövlüyü ilə deyil eyni zamanda iki əsrdən bəri itirdiyimiz inamımızı, mənliyimizi, gücümüzü və qüdrətimzi özümüzə qaytarmaqla əlamətdar olduğunu qeyd etdilər.
Sonra sərgidə şəhid həmyerlilərimizin, uşaqlıq, yeniyetməlik, gənclik illərinin anlarını əks etdirən, bir-birindən gözəl, şirin və qəlbləri kövrəldən foto-şəkillərə maraqla tamaşa etdilər. Tədbirdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Başı Komandan İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər.
Sonda sərgidə nümayiş etdirilən portretlər və diğər foto-şəkillər şəhid ailələrinə təqdim olundu.