İcra Hakimiyyətinin Başçısı növbəti onlayn qəbul keçirdi
26 oktyabr 2021 | 16:00
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tərəfindən onlayn formada fərdi qaydada keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib, bəzi məsələlər müzakirə zamanı öz həllini tapıb. Sakinlərin qaldırdıqları bəzi məsələlər isə araşdırılması, aidiyyatı üzrə baxılması və müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alındı.
Qəbula gələn sakinlər müraciətlərinin həsasslıqla dinlənilməsi, onlara yaradılan şərait üçün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.