Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Milli Qəhrəmanın evi əsaslı təmir olunub

20 oktyabr 2021 | 16:00


Milli Qəhrəman, 1-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan  Yevlax rayonunun Havarlı kənd sakini Malik Əsədovun evi əsaslı təmir edilərək şəhidin ailəsinə təhvil verilib.  
Milli Qəhrəmanın qızı Günel Ələkbərova mənzilinin şəraitsiz olması ilə bağlı İcra Hakimiyyətinə müraciət edib və onun müraciəti əsasında mənzildə təmir işləri aparılıb. Bu gün Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev təmirdən sonra Günel Ələkbərovanın evində olub. Aparılan işlərlə yaxından tanış olub.
Tanışlıq mərasimində İcra Hakimiyyətinin başçısı bildirib ki, şəhidlərimizin xatirəsi həmişə əziz tutulur, onların ailələrinə və bizə əmanət qalan övladlarına qayğı ilə yanaşılır. Bu həm də hər kəsin vətəndaşlıq borcudur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu sahədə imzalanan Fərman və Sərəncamlar, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə diqqət və qayğısı hər birimiz üçün nümunədir. 
Şəhidin qızı  onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya öz ailəsi adından minnətdarlığını bildirib.

 

Keçidlər