Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhidin xatirəsinə bulaq istifadəyə verildi

11 oktyabr 2021 | 16:00


Rayonun Yuxarı Qarxun kəndində 44 günlük Vətən müharibəsi şəhidi Tağıyev Əkbər Məhəmməd oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.
Açılış mərasimində Millət Vəkili İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri,  şəhidin ailəsi, cəbhə yoldaşları, kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Millət Vəkili İlham Məmmədov çıxış edərək  Vətən müharibəsində 30 illik işğal altında olan torpaqlarımızın 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışdı.
Yevlax Şəhər İcra akimiyyəti Başçısı aparatında şöbə müdiri Xaliq Əliyev çıxış edərək qeyd edib ki, Əkbər kimi Azərbaycan igidləri öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Ordusunun, hərbçilərimizin döyüş əzmi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində Vətənimiz öz bütövlüyünə qovuşub.
Çıxış edən Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident Cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Ə. Tağıyev 07.02.1994-cü ildə Yevlax rayonunun Yuxarı Qarxun kəndində anadan olmuşdur. 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşan Ə.Tağıyev noyabrın 19-də Suqovuşanda şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə  ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər