Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhdin ad günü qeyd edildi

07 oktyabr 2021 | 16:00


Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən Rəsulov Xəzər  Mayıl oğlunun doğum günüdür.
Xəzər Rəsulov 1987-ci il oktyabrın 7-də Yevlax rayonunun Xanabad kəndində anadan olub. 27 sentyabrda düşmənə qarşı aparılan ədalət mübarizəmizdə ehtiyyatdan xidmətini davam etdirmək üçün ordu sıralarına göndərilib. 14.10.2020-ci il tarixində  Suqovuşan istiqaməti uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə “Vətən uğrunda” və “ Laçının azad olunmasına görə” medalları  ilə təltif olunub.
Şəhidin doğum günü ilə əlaqədar olaraq Yevlax şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, YAP Yevlax rayon təşkilatının əməkdaşları,kənd ictimaiyyətinin nümayəndələri  Rəsulov Xəzər Mayıl  oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə güllər düzərək ruhuna dualar oxunub.
Daha sonra Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə Şəhidin xatirəsinə Gənclər və İdman İdarəsi tərəfindən keçirilən ağırlıqqaldırma üzrə şəhər birinciliyinin, rayon Təhsil Şöbəsinin Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbində keçirdiyi güləş turnirinin qaliblərinə  Fəxri Fərmanlar, medallar və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.
Şəhidimizin doğum günündə təhsil aldığı Xanabad kənd tam orta məktəbinin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.
Şəhidin ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirilmişdir.Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırılmışdır.Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Keçidlər