Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti onlayn qəbul keçirildi

05 oktyabr 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti dəfə onlayn qaydada vətəndaşların müraciətlərini dinləyib.
Qəbula gələn Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri həsaslıqla dinlənilib.
Qəbulda müraciətlər əsasən işlə təmin olunma, müavinətlərin təyinatı , maddi köməklik, eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib. İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzi məsələlər isə aidiyyatı qurumlara göndərilməsi  üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən sakinlər onlara  göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident Cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər