Yevlax şəhər İcra Hakimiyyətində onlayn qaydada vətəndaşların növbəti qəbulu həyata keçirilib
28 sentyabr 2021 | 16:00
Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tərəfindən fərdi qaydada keçirilən onlayn qəbul əvvəlcədən müraciət edən rayon sakinlərinin iştirakı ilə baş tutub.
Vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib. Bəzi məsələlər müzakirə zamanı həllini tapıb. Bir sıra digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların müraciətlərinin həssaslıqla dinlənilməsindən məmnunluqlarını bildirmiş, sakinlərə yaradılan belə şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.