Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Vətən Müharibəsi Şəhidinin ad günü qeyd edildi

20 sentyabr 2021 | 16:00

44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalan Əkbərov Həsən Raqub oğlunun  ad günü rayonun Yaldili kəndindəki qəbiristanlıqda məzarı başında qeyd edildi.
Mərasimdə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, YAP Yevlax rayon təşkilatının əməkdaşları, ağsaqqallar, kənd sakinləri və şəhidin yaxınları iştirak etmişlər.İştirakçılar əvvəlcə şəhidin məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzmüş, xatirəsini etiramla yad etmişlər.
Mərasimdə şəhidin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açılmış, ölkəmizin o cümlədən rayonun Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığından danışılmışdır.
Şəhid Həsən Əkbərov 2020-ci il 01 oktyabrda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Daha sonra Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə Şəhidin xatirəsinə Gənclər və İdman İdarəsi tərəfindən keçirilən yunan-roma güləşi üzrə şəhər birinciliyinin, rayon Təhsil Şöbəsinin Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbində keçirdiyi şahmat turnirinin qaliblərinə  Fəxri Fərmanlar, medallar və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.
Şəhidimizin doğum günündə təhsil aldığı Yaldili kənd tam orta məktəbinin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.
Sonda Şəhidin xatirəsinə inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını  ifadə etmişlər.

Keçidlər