Yevlaxda şəhid və qazi ailələri daim diqqət mərkəzindədir
03 sentyabr 2021 | 16:00
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və qazi övladları üçün Kür çayı sahilindəki Bulvarda əyləncəli tədbir təşkil olunub. Tədbirdə uşaqlar attraksionlarda əylənərək şən və maraqlı istirahət etmişlər.
Qazilər və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə
Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda uşaqlara Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən hədiyyələr, Bilik Günü münasibətilə məktəbli formaları və məktəbli ləvazimatları təqdim olunub.