Yevlaxda monitorinqlər həyata keçirilir
Yevlaxda Şəhər İcra Hakimiyyəti Başçısı yanında karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvləri və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün əhalinin sıx olduğu məkanlarda, avtobuslarda, ticarət obyektlərində reydlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilib.
Həmçinin Şəhər ərazisində mülki geyimli polis əməkdaşlarının iştirakı ilə ictimai nəqliyyatda və qapalı məkanlarda keçirilən reydlər keçirilib.
Tədbirlər zamanı sakinlərə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılıb, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl etmələri barədə müvafiq tapşırıqlar və tövsiyələr verilib.Reydlər zamanı aşkar edilən nöqsanlar aradan qaldırılır, pozuntulara yol verən vətəndaşlar, sahibkarlıq subyektlərinin vəzifəli şəxslərinə qarşı cərimələr tətbiq olunur.