Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda daha bir “Şəhidlər bulağı”nın açılış mərasimi keçirildi

11 avqust 2021 | 16:00

Yevlax rayonunun Yenicə kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə ucaldılan "Şəhidlər bulağı"nın açılışı oldu. Mərasimdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, müharibə əlilləri və veteranlar iştirak etdilər.
İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Şəhər İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Xaliq Əliyev bildirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan oğullarımızın xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində torpaqlarımız bu gün işğaldan azad olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Azərbaycan Ordusu uzun illərdən sonra düşmən üzərində böyük qələbəni qazandı. Şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün açılışı olan "Şəhidlər bulağı" abidəsi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan igidlərimizin simasında bütün şəhidlərimizin şərəfinə ucaldılıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda, Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daima qəlblərdə yaşayacağını, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacağını bildirdilər.
Sonra tədbir iştirakçıları şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər dinlədilər.


Keçidlər