Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda vətəndaşların müraciətləri dinlənildi

10 avqust 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemlərinin həll olunması üçün müvafiq tapşırıqlar verilib.
Rayon sakinləri əkin sahələrinin, həyətyani sahələrinin suvarılması, özünüməşğulluq problemləri, ünvanlı sosial müavinətlə bağlı məsələlərlə bağlı icra başçısına müraciət ediblər. Müraciətlər aidiyyatı üzrə qeydiyyata alınıb, həlli üçün müvafiq qurumlara göstərişlər verilib.
Sakinlər rayonda görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər