Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda pandemiya əleyhinə dezinfeksiya işləri davam edir

10 avqust 2021 | 16:00


Ölkə Prezidenti Cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən epidemiyaya qarşı tədbirlər geniş vüsət alıb. Belə ki,  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.
Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri şəhər ərazisində yerləşən dövlət müəsisələrində, çoxmənzilli yaşayış binalarında, ticarət və xidmət obyektlərində, prospekt və küçələrdə, ödəniş terminalları və bankomatlarda aparılıb.
Dezinfeksiya tədbirlərinin həyata keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha  çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Keçidlər