Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentimizin “Dəmir yumruğu” tarixi ədaləti bərpa etdi, Azərbaycan torpaqlarını düşmən tapdağından təmizlədi

07 avqust 2021 | 16:00


YAP Yevlax rayon təşkilatının inzibati binasında Vətən müharibəsi günlərində döyüş meydanında fərqlənən yevlaxlı qazı və müharibə veteranlarına döyüş medallarının təqdim edilməsinə həsr edilmiş mərasim keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinin rəisi Samir Qurbanovun iştirak etdiyi və çay süfrəsi arxasında, açıq dialoq şəklində təşkil edilən görüşdə müharibə iştirakçıları və qazilərlə səmimi söhbət aparılıb, onların sual, müraciət və təklifləri dinlənilib və  aidiyyati üzrə qeydə alınıb.
Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev görüşdə çıxış edərək bildirib ki, Vətən savaşı Azərbaycan hərbçisinin nəinki Qafqaz regionunda, həmçinin dünyada ən peşəkar, ən qətiyyətli döyüşçülərindən  olduğunu sübut etdi. Eyni zamanda, bu qələbə Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olduğunu göstərdi. Möhtərəm Prezidentimiz İlham Əliyev  Ordu quruculuğu siyasətini elə bir zirvəyə ucaltdı ki, artıq dünya bizim gücümüzlə hesablaşır. Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu» tək Azərbaycana deyil, bütün Qafqaza sülh, ədalət, inkişaf gətirdi. Dövlətimizin başçısı tarixi ədaləti bərpa etdi, 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarını düşmən tapdağından azad etdi. Qazi və döyüşçülərə xitabən qeyd edildi ki, “Sizlər öz cəsarətinizlə Yevlaxın şərəf salnaməsini yaratmısınız”.
Sonra Milli Məclisin deputatı İlham Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin rəisi Samir Qurbanov çıxış edərək düşmənə qarşı vuruşan döyüşçülərin  qalibiyyət əzminin onların yenilməzliyinin təməlində dayanan başlıca cəhət olduğunu bildirdilər. Bizi Qələbə zirvəsinə ucaldan Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında   qeyrətli və vətənpərvər oğullarımız 44 günlük Vətən müharibəsində erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
Vətən Müharibəsi iştirakçıları və qazilər çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

 

 

Keçidlər