Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti onlayn qəbulu keçirilib

03 avqust 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tərəfindən vətəndaşların növbəti onlayn qəbulu həyata keçirilib. Qəbul zamanı vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər Şəhər İcra Başçısı tərəfindən dinlənilib, bir qismi yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində aidiyyati üzrə tapşırıqlar verilmişdir. Həmçinin Şəhər Rəhbəri tərəfindən qəbula gələn vətəndaşlara sanitar-gigiyena qaydalarına riayət edilməsi və COVİD 19 əlehinə vaksinasiya olunmaqda fəal iştirak etmələrinin vacibliyi tövsiyyə edilmişdir.
Vətəndaşlar müraciətlərinin həssaslıqla dinlənilməsindən, həlli istiqamətində həyata keçirilən operativ işlərdən məmnunluqlarını bidirərək bu diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər