Şəhidlik zirvəsinə ucalmış Kamil Salahovun ad günü məzarı önündə qeyd olundu
Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan rayonun Aran qəsəbə sakini, Kamil Mətləb oğlu Salahovun doğum günü Yaldili kənd qəbirstanlığında məzarı önündə qeyd olundu.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edirdilər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhər İcra Hakimiyyətinin başçısı aparatının şöbə müdiri Xaliq Əliyev çıxış edərək qeyd etdi ki, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində hamımız güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Həmçinin çıxış edənlər şəhid Kamil Salahovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar.
Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə şəhidin xatirəsinə Şəhər Uşaq Gənclər İdman Şahmat məktəbi onlayn şahmat turniri keçirmiş, qaliblərə fəxri fərmanlar şəhidlərin ailə üzvləri və yaxınları tərəfindən təqdim edilmişdir.
28 sentyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Kamil Salahov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Şəhidin valideyinləri ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya ailəsi adından təşəkkürünü bildirdilər.