Şəhər Rəhbəri ənənəvi olaraq növbəti vətəndaş qəbulu keçirdi
27 iyul 2021 | 16:00
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev vətəndaşları növbəti dəfə onlayn qaydada qəbul etdi.Onlayn qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müxtəlif məzmunlu müraciətləri dinləyən Şəhər İcra Hakimiyyətinin Başçısı müraciətlərin araşdırılması və icrası həmçinin aidiyyəti qurumlara çatdırılması üçün müvafiq tapşırıqlar verdi.
Qəbula iştirak edən sakinlər onların müraciətlərinin həssaslıqla dinlənilməsindən, həlli istiqamətində həyata keçirilən operativ işlərdən məmnunluqlarını bidirərək bu diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.