Yevlaxda COVİD-19 virusuna qarşı vaksinasiya davam etdirilir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması prosesi Yevlaxda da uğurla davam etdirilir. Əhalinin peyvəndlənməsi 3 yerdə- şəhərdəki Yevlax Ailə Sağlamlıq Mərkəzində, Aran qəsəbə Ailə Sağlamlıq Mərkəzində, Xaldan Ailə Sağlamlıq Mərkəzində xüsusi olaraq ayrılmış vaksin otaqlarda və səyyar həkim briqadaları tərəfindən yerlərdə həyata keçirilir.İlkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan tibb işçiləri, həmçinin yaşlı vətəndaşlar peyvənd olunublar.
Yevlax rayonu üzrə hazırda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi icra olunur. Bu günədək Yevlax rayonu üzrə ümumilikdə 64190 nəfər vətəndaşa vaksin vurulub. Bunlardan 38414 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunanlardır.
Vaksin ehtiyatı kifayət qədərdir və indiyədək heç bir əks göstəriş qeydə alınmayıb.
Əziz yevlaxlılar!
Özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığının qorunması üçün,Sizlərin hər birini peyvənd olunmağa çağırırıq.