Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin doğum günü qeyd olundu

17 iyul 2021 | 16:00



Yevlax rayonun Qaramanlı kəndi sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn İsmayılzadə Uğur Hidayət oğlunun ad günü şəhidin məzarı önündə şəhər Yevlax  İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, kənd sakinləri və şəhidin ailə üzvləri ilə birgə qeyd olundu.
  Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbir iştirkaçıları şəhid Uğur İsmayılzadənin keçdiyi qısa və mənalı həyat yolundan söz açaraq, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildirdilər. Həmçinin Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılmış və qəhrəman oğullarımızın qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən  azad etdikləri qeyd edilmişdir.
Qeyd edək ki, Şəhid İsmayılzadə Uğur  1995-ci ilin iyulun 18-də Yevlax rayonunun Qaramanlı kəndində anadan olub. Vətən müharibəsində könüllü olaraq iştirak edən Şəhidimiz Tərtər istiqamətdə düşmənə qarşı aparılan döyüşdə 16.10.2020-ci ildə şəhidlik zirvəsinə yüksəlmişdir. Vətən müharibəsində  göstərdiyi qəhrəmanlıqlara görə  ölümündən sonra Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”,“Suqovuşanın azad olunmasına görə “ medalları ilə təltif olunub.
Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə şəhidlərin xatirəsinə Şəhər Uşaq Gənclər İdman Şahmat məktəbi onlayn şahmat turniri keçirmiş, qaliblərə fəxri fərmanlar şəhidlərin ailə üzvləri və yaxınları tərəfindən təqdim edilmişdir.
  Şəhidin anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya ailəsi adından təşəkkürünü bildirdi.

Keçidlər