Şriftin ölçüsü :

Saytın rəngi :

9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi

09 noyabr 2023 | 16:16
Yevlax Şəhər İcra Hakimiyyəti, Yevlax Şəhər Heydər Əliyev Mərkəzi Şəhər 2 nömrəli Uşaq Musiqi məktəbi ilə birgə 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş "Azad Azərbaycan Bayrağı" adlı tədbir keçirdi. Tədbirdə Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir.
Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Mavi rəng- Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi.
Qırmızı rəng- müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir.
Yaşıl rəng– İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.
“Ay– ulduz”un mənası - Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur, Səkkizguşəli ulduzun mənasına gəlincə bu, Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır. Bəzi tədqiqatçıların fikrincə isə Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir.
Aygün Qasımova çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən, dövrün ən güclü Azərbaycanının banisi, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanaraq əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edildi. Artıq Qalib Ölkənin Şanlı Bayrağı Füzilidə, Cəbrayılda, Ağdamda, Şuşada, Xankəndidə dalğalanır. Müzəffər Ali Baş Komandan 2023-cü ilin oktyabrın 15-də iş-ğaldan azad edilmiş Xankəndi şəhərin¬də Azərbaycan Bayrağını qaldırarkən xatırlatdı ki, mən ilk dəfə prezident se¬çilərkən xalqa söz vermişdim ki, Azər¬baycan dövlətinin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütöv¬lüyünü qoruyacağam: “Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and iç¬mişdim. Şadam ki, son 20 il ərzində ver¬diyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. Cənab Pre¬zident 2003-cü ildəki seçkinin nəticələri elan ediləndən sonra xalqın qarşısına çıxmış, insanlarla səmimi söhbət et¬mişdi. Demişdi ki, mənim əsas vəzifəm Azərbaycan Bayrağının o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılmasından ibarətdir. Dedi və əməl etdi. Möhtərəm Prezidentimiz ona görə dedik¬lərini reallığa çevirə bilir ki, xalq ona inanır, etimad göstərir və hər addımda dəstəkləyir. Ona görə də dövlət başçı¬mız Xankəndidə xatırlatdı ki, bu gün bu-rada olmağımızın əsas səbəbkarı Azər¬baycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhid¬lərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq”.
Şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Allahverdi Cəbrayılov çıxışında Şanlı Bayrağımızın qürur mənbəyimiz olduğunu vurğuladı. Həmçinin bildirdi ki, Azərbaycanın bütün yaşa¬yış məntəqələrində, dövlət müəssisələ¬rində, xarici ölkələrdəki diplomatik nü¬mayəndəliklərimizdə, üzvü olduğumuz beynəlxalq təşkilatların önündə Azər¬baycan Bayrağı dalğalanır. Hətta, kos¬mosdakı rabitə peyklərimizin üzərində də üçrəngli, ay-ulduzlu müqəddəs dəyə¬rimizin şəkili var.
Tədbirdə Uşaq Musiqi məktəbi şagirdləri Vətənə, Dövlətə, Bayrağa həsr etdikləri şerlər, mahnılar səsləndirdilər.
Mərkəzdə həmçinin sərgi də nümayiş etdirildi.
Sonda "Azərbaycan Bayrağı" adlı videoçarx tədbir iştirakçılarına təqdim olundu.
Keçidlər