Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Polis işçilərini Peşə Bayramı qeyd edildi

02 iyul 2021 | 16:00


2 İyul Azərbaycan Polisinin yaranmasının 103-cü ildönümünü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və rayonun Hüquq mühafizə orqanlarının rəhbərləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət ediblər. Sonra tədbir rayon polis şöbəsinin həyətində davam etdirilib. Yığıncaqda veteran polislər iştirak ediblər. Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxışında bildirdi ki, bu gün dövlətçiliyimizin və müstəqilliyimizin əsas dayaqlarından olan şanlı polis orqanının peşə bayramı günüdür. 103 yaşlı daxili işlər orqanları bütün dövrlərdə xalqın və ölkənin təhlükəsizliyinin keşiyində etibarlı dayanıb, cinayətkarlığa qarşı qətiyyətli mübarizəni təşkil ediblər. İndi Azərbaycan, - möhtərəm Prezidentimiz demiş, - sabitlik adasıdır, sakit məkandır. Ətraf bölgələrdə baş verən qanlı münaqişələr, qlobal kataklizmlər fonunda respublikamızın bu zərərli tendensiyalardan uzaq olması, sabitlik adasına çevrilməsi, əlbəttə ki, cənab Prezidentin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ancaq bu prosesdə biz Azərbaycan Polisini də möhtərəm Prezidentimizin siyasətinin sadiq və prinsipial icraçıları kimi görürük. Azərbaycanın sakit və sabit ölkəyə çevrilməsi, həmçinin kriminogen durumun tam nəzarətə götürülməsi, cinayətkarlığa qarşı effektiv mübarizənin formalaşdırılması həm də daxili işlər orqanlarının şəxsi heyətinin fədakar fəaliyyətinin yekunudur. Respublikamızın uzun illərdir ki, Şərqi Avropa və MDB məkanında əhalinin sayı nisbəti üzrə ən az cinayətin baş verdiyi ölkələr sırasında lider mövqedə olması da Azərbaycan polisinin uğurlu fəaliyyət göstəricisidir. Silahlı Qüvvələrimizin ayrılmaz tərkib hissəsi olan daxili işlər orqanları birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən Savaşında da ilk gündən müzəffər Ali Baş Komandanın mübariz əsgərlərinə çevrildilər. Daxili işlər orqanları ötən ildən etibarən cinayətkarlığa qarşı mübarizə və Vətən Savaşından əlavə üçüncü cəbhədə də ləyaqətlə döyüşüb. Bu, bütün dünyanı bürümüş qlobal pandamiyaya qarşı mübarizədir.
Bu sahədə həyata keçrilən dövlət siyasətinin reallaşması üçün Azərbaycan polisi ilk gündən etibarən böyük məsuliyyətlə xidməti fəaliyyətə başladı. Daxili işlər orqanları, o cümlədən Yevlax polisi sərt karantin rejiminin bütün tələblərinin, qaydalarının yerinə yetirilməsinə nail oldu. Bütün ölkə boyu, həmçinin şəhərimizdə və ona bağlı kəndlərimizdə məhdudlaşdırıcı qaydalara nəzarət, karantin postlarının tətbiqi və digər genişmiqyaslı fəaliyyət həyata keçirib.
Bütün cəbhə boyu daxili işlər orqanlarının əməkdaşları şücaətlə döyüşdülər, Qarabağın azadlığı üçün şəhid oldular. Onların ruhunu hörmətlə anırıq və onunla təsəlli tapırıq ki, onların qanı Zəfər bayrağımıza hoparaq, indi bütün Qarabağ üzərində dalğalanır. Azərbaycan polisinin fədakarlıqlarından nümunələr gətirdi, bildirdi ki, ölkənin və xalqın taleyinin ən keşməkeşli, çətin vaxtlarında polis xilaskarlıq missiyasını çox şərəflə yerinə yetirib. Qarabağ uğrunda döyüşlərin ilk vaxtlarında, o zamanlar ki, hələ ordu hissələri formalaşmamışdı, Azərbaycan polisi ön cəbhədə idi, qəhrəmanlıqla vuruşurdu, torpaqlarımızın və insanlarımızın müdafiəsi üçün əlindən gələni edirdi. Bugünkü bayram tədbirində də şəhid polislərin  xatirəsi anıldı və ehtiramla yad edildi.ŞİH Baçısı respublikanın daxili işlər orqanları əməkdaşlarına dövlət qayğısından da danışdı. Bildirdi ki, bu gün polisin öyündüyü nailiyyətlərin əsasında bu qayğı dayanır.Toplantıda çıxış edən Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev, Rayon Prokuroru Ceyhun Almasov, Rayon Məhkəməsinin sədri Toğrul Əliyev, DTX-nin rayon şöbəsinin rəisi İlqar Bağırov öz çıxışlarında  Azərbaycan Polisinin yaranmasının 103-cü ildönümü münasibətilə şəxsi heyəti təbrik edib. Polisinin keçdiyi şərəfli və çətin tarixi yola nəzər salınıb. Polisə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyi, hazırda da polis əməkdaşlarının əməyinin ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirildiyi yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb. Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyulduğu, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildiyi deyilib. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görüldüyü qeyd edilib.
Sonda Yevlax Şəhər icra hakimiyyəti tərəfindən işində fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərman və hədiyyələr təqdim olundu.

Keçidlər