Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyətində vətəndaşların növbəti onlayn qəbulu keçirilib.

30 iyun 2021 | 16:00

Qəbulda vətəndaşları narahat edən məsələlər dinlənilib, qaldırılan problemlərin həlli üçün müvafiq tədbirlər görülüb.Şəhər rəhbəri tərəfindən sakinlərin müraciətlərini dinlənilib, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi və müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbul zamanı Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları qanunamüvafiq qaydada ətraflı cavablandırdı və sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğuladı.
Qəbula iştirak edənlər onların müraciətlərinin həssaslıqla dinlənilməsindən məmnunluqlarını bidirərək, yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər