Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib
Bu günlərdə Vətənin azadlığı uğrunda canından keçərək müqəddəs Şəhidlik məqamına yüksəlmiş Fərid Nağıyevin qız övladı dünyaya gəlib. Dünyaya göz açan şəhid balasına atasının arzusuna uyğun olaraq Anay adı verilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının nümayəndələri şəhidin həyat yoldaşını və körpəni ziyarət etmiş, körpənin doğumu münasibətilə ailə üzvlərinə göz aydınlığı vermiş, onlara hədiyyələr təqdim etmişlər. Ailə üzvləri onlara göstərilən qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər. Xəstəxanadan evə gəlmiş ana və uşaq hazırda özlərini yaxşı hiss edirlər.
Tədbirdə qeyd olunmuşdur ki, ki, ölkəmizdə şəhid ailələri və qazilərin qayğıları dövlət başçısı İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.