İMƏCİLİKLƏR DAVAM EDİR
Yevlaxlılar özlərinin doğma və gözəl şəhərlərinə hədsiz sevgilərini onun təmizlyinin, abadlığının və səliqəliyinin qeydinə qalmaqla ifadə edirlər. Bu sevginin ən populyar və təcrübədən çıxmış forması ümumşəhər iməciliyinin keçirilməsidir.
Artıq ənənəyə çevrilmiş kütləvi iməciliklər xüsusilə fəsillər dəyişəndə daha geniş miqyas alır. Budur. Yurdumuza bar- bərəkət fəsli kimi xarakterik olan qızılı payız gəlir. Bu fəslin ilk ayı sentyabr girəndən bəri təmizlik və yaşıllığı sevənlər şəhərin prospekt, park, bulvar, xiyaban, küçə və meydanlarına, istirahət düşərgələrinə çıxır. Öz ürəklərinin hökmüylə yaşıllıq aləminə qulluq edir, yol və səkilərin, çox gediş-gəliş olan yerlərin səliqə səhmanına göz olurlar, həmin sahədə çalışan zəhmət 2adamları ilə birgə ekologiyamıza qayğı göstərirlər.
Cəmi bir neçə günün ərzində iməcilik iştirakçıları Heydər Əliyev və Nizami prospektlərindəki, məşhur İpək yolunun şəhərimizdən keçən ərazisindəki mövcud yaşıllıqlara nümunəvi qulluq göstərmiş, qeyri-adi istilərin təsirindən saralmış və qurumuş qol-budaqlar təmizlənmiş, alaq otları yığışdırılaraq şəhərdən kənara daşıyan maşınlara yüklənmişdir. Bu xeyirxah və nəcib işdə demək olar ki, şəhərin sadə vətəndaşlardan tutmuş bütün idarə və müəssisələrinin, digər xidmət təşkilatlarının kollektivləri böyük fəallıq göstərirlər.
Doğma şəhərə sevginin inikası olan iməciliklər şəhərin digər yaşayış massivlərində də intensiv davam etdirilir.