Yevlaxda yeni məktəbin tikintisi yekunlaşmaq üzrədir
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən və “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cu illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutlan tədbirlərin icrası ilə bağlı Yevlax rayonunun Qoyunbinəsi kəndində 432 yerlik yeni məktəb binasının tikinti işləri yekunlaşmaq üzrədir.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev inşaat işlərinin gedişatı ilə yerində tanış olmaq üçün Qoyunbinəsi kəndində olmuşdur. Yeni məktəbin binasında aparılan işlər barədə məlumat verilərək bildirilib ki, 1959-cu ildə tikilmiş 280 yerlik məktəb binası qəzalı və təmirə yararsız olduğundan sökülərək yenidən inşası aparılıb.
Yeni məktəb binası 432 şagird yerlik olmaqla müasir təhsil üçün lazım olan bütün avadanlıqlarla təmin ediləcək. Məktəbdə müasir tədris kabinetləri, laboratoriyalar, kitabxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxana, idman zalı və ayrıca istilik sistemi quraşdırılması nəzərdə tutulub. Işlərin əsas hissəsi başa çatıb, inşaatçılar yeni təhsil ili ərəfəsində yeni məktəbdəki işlərin tam başa çatacağını bildiriblər.
Kənd əhalisi tərəfindən vurğulanıb ki,burada görülən işlər Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın elmə, təhsilə diqqət və qayğısının bariz göstəricisidir.