Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhid övladları üçün bayram tədbiri keçirildi

01 iyun 2021 | 16:00


İyunun 1-də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən şəhid övladları üçün  mövcud pandemiya qaydalarına uyğun bayram tədbiri keçirilib.
     Yevlax İcra Hakimiyyətinin başçısının müavini Elnarə Əzizova iştirakçılarını salamlayaraq gələcəyimiz  olan uşaqlara cansağlığı, xoşbəxt  həyat, sevinc dolu günlər, möhtərəm Prezidentimizə və vətənə layiqli övlad olmalarını arzuladı.
     Şəhər Mədəniyyət evinin kollektivi tərəfindən uşaqlar üçün kukla tamaşası nümayiş etdirildi. Şən klounların çıxışı uşaqları çox sevindirdi.
Sonda şəhid övladlarına Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edildi.
Uşaqların valideynləri təşkil olunan bayram şənliyinə, onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Keçidlər