Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib

27 may 2021 | 16:00

 

Yevlax Şəhər İcra Hakimiyyəti təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103–cü ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi.
Onlayn tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova 28 May-Respublika Gününün fərqli bir dəyər daşıyan əlamətdar tarixi gün olduğunu qeyd etmişdir. Azərbaycan xalqının müstəqil dövlətini yaratmaq nəsib olan xalqlardan biri olduğunu bildirərək, 103 il öncə müstəqil dövlətin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaradılmasından danışdı, bu hadisənin çox böyük tarixi əhəmiyyətini vurğuladı. O, Azərbaycanın dövlətçilik tarixinin keşməkeşli yolundan, azadlıq, müstəqillik uğrunda aparılan mübarizədən danışaraq, Cümhuriyyətin XX əsrin 90-cı illərində yenidən bərpa olunduğunu dedi. Müasir Azərbaycan dövləti yenidən müstəqilliyə qovuşduqdan sonrakı dövrdə Azərbaycanı ictimai-siyasi burulğanlar içərisində öz müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilas etdiyini qeyd etdi. ŞİHB-nın müavini sonra bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. ŞİHB-nın müavini vurğuladı ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək 44 günlük Vətən müharibəsində ərazilərimizi düşmən tapdağından azad etdi. Başçının müavini əsrlər boyu Ermənistanın Azərbaycana qarşı apardığı ərazi iddiaları və hərbi təcavüzü haqqında danışaraq Qarabağ münaqişəsinin tarixi aspektlərinə toxunub. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun gücü ilə tarixi Zəfər əldə edildiyini söyləyib, Respublika gününün bu il daha fərqli əhval-ruhiyyədə keçirildiyini deyərək bütün tədbir iştirakçılarına öz təbriklərini çatdırıb.
Sonra YAP Yevlax rayon təşkilatında aparat rəhbəri Rafiq Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Rafiq Məmmədov, Şəhər Təhsil Şöbəsinin məsləhətçi– inspektoru Umudvar Mamedov çıxış edərək 103 il əvvəl yaradılmış Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyəti və tarixi rolundan danışmış, gənc nəsl üçün əhəmiyyətini vurğulayıblar.
Çıxışçılar həmçinin Vətən müharibəsində xalqımızın qalibiyyət ruhunun oyandığını, işğal altında olan torpaqların azadlığı uğrunda 44 günlük müharibə nəticəsində əldə edilən şanlı Qələbədə irsi ənənələrin olduğunu deyiblər.

Keçidlər