Yevlaxda vaksinasiya prosesi uğurla davam edir
Yevlaxda koronavirus (COVID-19) infeksiyası əleyhinə rayon sakinlərinin peyvənd edilməsi prosesi uğurla davam etdirilir. İnfeksiyaya qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür. Vaksinasiya prosesinin həyata keçirildiyi Yevlax Ailə Sağlamlıq Mərkəzində sıxlığın qarşısının alınması və vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə səyyar briqadalar təşkil olunur.
2021-ci ilin 25 may tarixinə olan statistkaya görə, rayon üzrə COVİD-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 27160 olub. Belə ki, 16426 nəfər birinci doza üzrə, 10734 nəfər isə ikinci doza üzrə vaksinasiya olunub.
Gün ərzində 766 doza vaksin vurulub. 684 nəfərə birinci doza, 82 nəfərə isə ikinci doza vaksin vurulub.
Qeyd edək ki, bu ilin yanvar ayından həyata keçirilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Yevlax rayonunda ilk növbədə, səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb. Fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslər vaksinasiya olunublar. Martın 22-dən 40 yaşdan yuxarı, mayın 10-dan isə 18 yaşdan yuxarı insanların vaksinasiyası həyata keçirilir.