İcra başçısı onlayn formada növbəti qəbul keçirdi
Yevlax şəhər İcra Hakimiyyətində onlayn qaydada vətəndaşların növbəti qəbulu həyata keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tərəfindən fərdi qaydada onlayn formada keçirilən qəbul Yevlax şəhəri, o cümlədən rayonun qəsəbə və kənd sakinlərinin iştirakı ilə baş tutub.
Vətəndaşların problemləri ayrı-ayrılıqda həssaslıqla dinlənilib. Bəzi məsələlər müzakirə zamanı həllini tapıb. Bir sıra digər problemlərin səbəbinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən aidiyyatı şöbələrə tapşırıqlar verilib.
Qəbula gələn sakinlər onların müraciətlərinin həssaslıqla dinlənilməsindən məmnunluqlarını bildirmiş, sakinlərə yaradılan belə şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.