Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda yeni körpü tikilir

17 may 2021 | 16:00

 

Bakı-Ələt-Qazax avtomobil yolunun 297-ci km-də Yevlax rayonunun Səmədabad kəndi yaxınlığında İncə çayın üzərində yerləşən körpunün mövcud vəziyyəti Yevlax Şəhər İcra Hakimiyyətində ciddi narahatçılıq yaradıb. 1956-cı ildə inşa edilən, uzunluğu 19 metr, eni 5 metr olan 3 aşırımlı körpünün dayaqları uzun illərin sel sularının və digər təbii amillərin təsirində çökərək deformasiyaya uğramış və sonradan uçmuşdur. Hazırda bu körpü istifadəyə tam yararsız vəziyyətdədir.
Səmədabad, Nərimanabad, İsmayılabad, Yeni Çobankərə, Kövər, Kolanı, Qaraməmmədli, Rüstəmli, Qaramanlı, Nəmirli, Dəlləklər və digər, ümumilikdə isə 14 kəndi birləşdirən yolda yerləşən bu körpünün hazırki vəziyyəti ətraf kəndlərdə yaşayan 13500 nəfər əhali üçün ciddi çətinliklər yaradırdı. Bu səbəbdən də kəndlərin sakinləri öz pay torpaqlarına və qonşu kəndlərə getmək üçün əlavə 30 km yol qət etməli olurdular. Bu da haqlı narazılıq yaradaraq sakinlərin körpunun əsaslı təmiri üçün müxtəlif qurumlara müraciətlərinə səbəb olurdu.
Sakinlərin müraciətləri nəzərə alınaraq Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara müraciət edilib və bu ilin may ayının əvvəlində yeni körpünün inşasına başlanılıb.
Tikinti prossesində görülən işlər və onların keyfiyyəti Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən daimi nəzarətdə saxlanılıb. Bununla əlaqədar Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti dəfə tikinti meydançasında olub, işlərin gedişatı ilə maraqlanıb, işlərin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Yeni körpünün inşasının may ayının sonunda yekunlaşması gözlənilir.

Keçidlər