Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib

10 may 2021 | 16:00


Şəhər İcra  Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri müasir, müstəqil dövlətimizin  qurucusu və memarı, Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə dahi şəxsiyyətin Yevlax şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq ruhuna ehtiramlarını nümayiş etdiriblər.
Həmçinin Ümummilli Liderin doğum günü münasibətilə və Ulu Öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqların daha da genişləndirilməsi, ekoloji tarazlığın bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək məqsədilə Yevlax şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində mövcud karantin rejimi qaydalarına uyğun olaraq ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində şəhər ərazisində, həmçinin rayonun  kənd və qəsəbələrində  əsas etibari ilə eldar şamı, sərv, kiparis, akasiya və sair ağac növləri əkilmişdir.
Yeni əkilən və mövcud  ağaclara mütəmadi olaraq aqrotexniki  qulluq göstərilir.

Keçidlər