Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin ildönümü qeyd edilmişdir.

09 may 2021 | 16:00


Yevlaxda  1941-1945-ci illər Böyük  Vətən  Müharibəsində Qələbənin  ildönümü  münasibəti ilə xüsusi karantin rejimi qaydalarına uyğun olaraq tədbir  keçirilmişdir.  Şəhər İcra Hakimiyyəti  başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, Böyük Vətən müharibəsinin iştirakçıları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və Vətən Müharibəsi qaziləri şəhərdəki  1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə  ucaldılmış  abidəni ziyarət etdilər. Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev veteranları  təbrik edərək,   Böyük Vətən Müharibəsində qələbənin heç də asanlıqla əldə edilmədiyini, bu müharibədə 600 mindən çox azərbaycanlının iştirak etdiyini qeyd etdi. Qələbənin əldə  olunmasında Azərbaycan  neftinin  həlledici rolu olduğunu diqqətə çatdırdı. Anar Tağıyev Ölkə Prezidenti Cənab İlham Əliyevin və birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevanın Böyük Vətən Müharibəsi  veteranlarına göstərdiyi diqqət və qayğını xüsusi olaraq vurğuladı. ŞİH başçısı həmçinin qeyd etdi ki, Böyük Vətən Müharibəsində faşizmə qalib gələn Babaların nəvələri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə erməni faşistlərinə qalib gələrək, Xalqımızın 30 illik həsrətinə son qoydular. Şəhər rəhbəri tədbirdə iştirak edən Vətən Müharibəsində iştirak etmiş bir qrup yevlaxlı qaziyə döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə təşəkkürünü bildirdi, onlara can sağlığı arzuladı . Milli Məclisin deputatı İlham Məmmədov da öz növbəsində veteranları təbrik edərək onlara uzun ömür və can sağlığı arzuladı.
Müharibə veteranları ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Daha sonra 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına qiymətli hədiyələr və təqdim edildi.

 

Keçidlər