Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhidlərin xatirəsinin anılması ənənəyə çevrilib

05 may 2021 | 16:00


Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından  olan Yevlax şəhər sakinləri, şəhid Rüstəmov Emin Səid oğlunun, şəhid Səfərov Nicat Vaqif oğlunun, rayonun Ərəbbəsrə kənd sakini, şəhid İbrahimov Bəhrəm Sakit oğlunun ad günləri Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları və şəhidin ailə üzvləri iştirakı ilə məzarları önündə qeyd edildi. Sonra  ziyarətçilər şəhidlərin yaşadıqları evə gələrək onların valideyinləri ilə söhbət etmiş, yaxınlarının şəhidlərimiz barədə xatirələri ilə tanış olmuşlar. Qonaqlar şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, vətən  uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və rəşadət göstərdiklərinə görə  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab  İlham Əliyevin müvafiq sərəncamları ilə  Səid Rüstəmov, Nicat Səfərov və Bəhram İbrahimov Ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişlər.
Görüş zamanı şəhidlərin ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş və Prezident, Ali Baş Komandan  İlham Əliyevə və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişlər.

 

Keçidlər